AZ

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

 

ab44056bcd34f8d14beb56193108a6c0.jpg
26.04.2024 19:57

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasının ilkin mərhələsi təşkil olunub.

 

İdarədən TED.az-a verilən məlumata görə, ölkə üzrə 9 mindən çox şagirdin iştirak etdiyi olimpiadaya Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 3371 nəfər şagird qatılıb.

 

İlkin mərhələdə şagirdlərə qapalı test formatında 30 sual təqdim edilib və onların cavablandırılması üçün 70 dəqiqə vaxt verilib. Bu mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq.

 

Olimpiadanın final mərhələsinin iyun ayında Naxçıvan Muxtar Respublikasında keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə keçirilir.

 

Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işləri aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

TED + bölməsindən digər xəbərlər

Daha çox