AZ

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

 

2be6609592aeb36100504f75c1e4aaa5.jpeg
28.03.2024 14:00

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, martın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng və müxtəlif çaplı 66 patron təhvil götürüblər.

 

Həmçinin martın 27-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 3 avtomat silahı, 7 qumbara, 6 tank əleyhinə qumbaraatan, 4 mina, 21 alışdırıcı, 29 patron darağı, müxtəlif çaplı 4 min 200 patron və digər sursatlar aşkar olunaraq götürülüb.

TED + bölməsindən digər xəbərlər

Daha çox