AZ

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

 

13454b6fb00a87d3aa26d695179b2cfb.jpg
28.03.2024 13:50

Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində (BANM) SOCAR tərəfindən yaradılan Süni intellekt elmi-tədqiqat laboratoriyası istifadəyə verilib.

 

Bu barədə TED.az-a Ali Neft Məktəbindən məlumat verilib.

 

Laboratoriya BANM-də təhsil alan magistrant və doktorantların süni intellekt istiqamətində elmi-tədqiqat layihələrini həyata keçirməsi məqsədilə qurulub. Elmi-tədqiqat mərkəzində, həmçinin müxtəlif startap və qrant layihələrinin reallaşdırılması nəzərdə tutulur.

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu laboratoriyanın gənc tədqiqatçıların gələcək inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Vurğulayıb ki, burada Çinin müvafiq təhsil və tədqiqat qurumları ilə birgə layihələr həyata keçiriləcək.

 

SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova laboratoriyanın fəaliyyətinə uğurlar arzulayıb.

Elm bölməsindən digər xəbərlər

Daha çox