AZ

“Gənc startap” sahibkarlıq təlimləri başa çatıb

 

1a95cbb346bf2f9d60c3dec02a110403.jpg
14.03.2024 10:40

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Bilişim Vadisi Bakı”nın birgə əməkdaşlığı çərçivəsində keçirilən “Gənc startap” sahibkarlıq təlimləri başa çatıb.

 

KOBİA-dan TED.az-a bildirilib ki, təlimlər fevral və mart aylarında olmaqla onlayn və oflayn formatlarda təşkil olunub. Türkiyənin ən böyük texnoparkı olan “Bilişim Vadisi”nin biznes inkubasiya mərkəzinin mentoru tərəfindən keçirilən təlimlərdə sahibkarlıq nədir, ideyadan biznes plana, komanda qurmaq, idarə etmək və liderlik, investisiya cəlb etmək metodları və s. mövzular tədris olunub. Eyni zamanda, “Bilişim Vadisi”nin rezidenti olan startapların qurucuları təlimlərin onlayn mərhələsində öz startap təcrübələrini bölüşüb və iştirakçıların suallarını cavablandırıblar.

 

Onlayn mərhələyə qatılmış iştirakçılardan seçilmiş 45 nəfər “Bakı KOB evi”ndə keçirilən üzbəüz təlimlərdə iştirak edib.

 

Hər iki mərhələ üzrə təlimləri uğurla başa vuran 45 nəfərə sertifikatlar verilib və onlar KOBİA və “Bilişim Vadisi”nin birgə təşkil etdiyi “KOB-ların inkişafı - sahibkarlıq təlimləri”ndə iştirak etmək hüququ qazanıblar.

 

Qeyd edək ki, KOBİA və “Bilişim Vadisi” Bakının birgə əməkdaşlığı çərçivəsində keçirilən 2024-cü il ərzində startaplar və sahibkarlar üçün təlim və tədbirlər davam etdiriləcək.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox