AZ

Daha 5 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

 

590bb58088c3c40f869f70cbebf32fed.png
13.03.2024 14:20

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

 

KOBİA-dan TED.az-a bildirilib ki, “Startap” şəhadətnamələri “Vvonder Voyage” MMC-nin otel və avtomobil rezervasiya platforması, “Kidfi” MMC-nin maliyyə savadlılığını və hesablama bacarıqlarını artıran onlayn platforma və mobil tətbiqi, “CM Elec Troniq” MMC-nin ultrasəs terapevtik arıqlama cihazının istehsalı, “4Youkid” MMC-nin psixoloji xidmətlər üçün onlayn platforması, fərdi sahibkar Ramil Qədirovun ətraf mühitin parametrlərinin qeydə alınması üçün nəzarət-ölçü cihazının istehsalı layihələri üçün təqdim edilib.

 

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

 

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: smb.gov.az/az/nav/startap-sehadetnamesi

 

Qeyd edək ki, təkcə 2023-cü ildə 42 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Onlardan 39-u mikro, 3-ü kiçik sahibkarlıq subyektidir. Bu sənədi alan layihələr istehsal və xidmət sahələri üzrə innovativ həlləri özündə ehtiva edir. İndiyədək isə 135 KOB subyektinə “Startap” şəhadətnaməsi təqdim edilib.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox